Bakıda evdən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

31 İyul 2019 16:13 (UTC+04:00)

Bakıda mənzillərin birindən qızıl oğurlayan şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.