Özcan Dənizin keçmiş həyat yoldaşından təəccübləndirən paylaşım - FOTO

31 İyul 2019 16:39 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Dənizin keçmiş həyat yoldaşı Feyza Aktan paylaşımı ilə izləyicilərini təəccübləndirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük boşandıqdan bir həftə sonra yenidən bir araya gəlib.

Bodrumda tətil edən Feyza Aktan dünən Özcan Dənizlə oğlunun şəklini paylaşıb və ürək emojisi qoyub.

Özcan Dəniz də bu paylaşıma eyni formada qarşılıq verib.

Xatırladaq ki, keçən ilin mart ayında evlənən cütlük bu ilin iyun ayında boşanıb və oğulları Kuzey üçün ortaq qəyyumluq alıblar.

Mehri QURBANOVA

AzNews.az