Müsavat Xaçmaz təşkilatı sədrinin həbsindən xəbərsizdir

10 May 2013 08:43 (UTC+04:00)
"Mənim Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın həbs edilməsi barədə məlumatım yoxdur. Gün ərzində bu informasiyaları araşdıracağıq. Əgər belə bir qanunsuz həbs varsa, partiyamız bu barədə öz mövqeyini açıqlayacaq".

Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, dünən internet resurslarından istifadə etmək imkanı olmadığı üçün axşam saatlarında Xudatda yaşanan olaydan məlumatsızdır: "Xaçmazda rayon təşkilatı sədrimizin həbsinin motivlərini rayondakı üzvlərimiz vasitəsilə araşdırıb, bu məsələ ilə bağlı partiyamızın münasibətini açıqlayacağıq".

Qeyd edək ki, bu gün səhər ertədən məhkəməyə gətirilən müxalifət fəalları Heybət Əmraha və Fikrət Əliyevə 10 sutkalıq həbz cəzası verilib.

Anar
AzNews.az