Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - (FOTO/VİDEO)

31 İyul 2019 21:10 (UTC+04:00)

Müdafiə Nazirliyindən Aznews.az-a verilən məlumata görə, qarşılanmadan sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.