Kəmalə Cəfərzadəni itirdik

1 Avqust 2019 09:44 (UTC+04:00)

Azərbaycan teatr aləminə ağır itki üz verib.

AzNews.az xəbər verir ki, teatrşünas, əməkdar mədəniyyət işçisi Kəmalə Cəfərzadə dünən axşam saatlarında dünyasını dəyişib. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Mərhumla vida mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az