Hadisədən barışdığı bacısına özəl paylaşım

1 Avqust 2019 10:08 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Hadisə bir il öncə bacıları ilə dalaşaraq menecerliyini edən bacısı Hülya və modelyeri olan bacısı Derya ilə yollarını ayırmışdı.

AzNews.az xəbər verir ki, bacısı ilə hələ də küsülü olan Hadisə aralarındakı buzları əridib. O, Derya Açıkgözün ad gününü “Instagram”da bu sözlərlə təbrik edib:

“Zaman keçdikcə yaralar qapanır, ürəklər təkrar birləşir. Səni hər pisliklərdən qoruyaram. Arxanda dağ kimi bacın var. Yaxşı ki, doğuldun, qızım. Sevirəm səni.”

Səidə Vahid

AzNews.az