Xalq artisti Xalidə Quliyeva ölkә prezidenti İlham Әliyevә təşəkkür edib.
AzNews.az xəbər verir ki, aktrisa Xalq artisti fəxri adına layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib:
“Azәrbaycan Respublikasının Xalq artisti fәxri adına layiq bilib etimad göstәrdiyinә görә, ölkә prezidenti hörmәtli cәnab İlham Әliyevә öz sәmimi vә dәrin minnәtdarlığımı bildirirәm. Çox sağ olun, әziz Prezidentimiz!
Fәxri ad almağım münasibәti ilә mәni tәbrik edәn hәr kәsә - әzizlәrimә, dostlarıma vә әlbәttә ki, sәnәtsevәr tamaşaçılarıma çox-çox tәşәkkür edirәm”.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev Milli Kino Günü ilə əlaqədar dünən sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib. Onların arasında aktrisa Xalidə Quliyevanın da adı var.
Bahar RÜSTƏMLİ
AzNews.az