Ziya Məmmədov: “Qiymətlər aşağıdır“

10 May 2013 09:06 (UTC+04:00)


APA-nın xəbərinə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib: "Çünki Bakıda 60-a yaxın şirkət sərnişin daşınması ilə məşğul olur. Reallıq belədir, indiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır. Bununla bağlı Tarif Şurasına müraciət etmişik. Qərarı Tarif Şurası özü verəcək".

Nazirin sözlərinə görə, bu qərarın gələn ilin əvvəlində veriləcəyi gözlənilir.

Tarif Şurasının qərarına əsasən, Bakıda şəhərkənarı avtobuslarda qiymətlərin aşağı salınması, amma buna əməl olunmaması barədə suallara cavabında nazir bunları deyib: "Belə bir şey yoxdur. Avtobusların köhnə qaydada işləmələri barədə deyilənlər əsassızdır. Yoxlamalar aparmışıq. Bəzi mətbuat orqanları bununla bağlı qeyri-obyektivliyə yol verir".

AzNews.az