Sosial islahatlar çərçivəsində 2019-cu il ərzində 2,3 mlrd. manat vəsait ayrılıb

1 Avqust 2019 23:19 (UTC+04:00)

Bunu birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, gələn il üçün bu rəqəm 3 mlrd. manata yaxın olacaq: “Həm minimum əmək haqlarının, həm də minimum pensiyaların artırılması nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti paritetinə görə bu gün MDB məkanında müvafiq olaraq 2-ci və birinci yerlərə çıxıb. Bu ölkənin tamamilə sosial rifah səviyyəsinin tamamilə yeni bir keyfiyyət səviyyəsinə çatdığını göstərir”.

Birinci vitse-prezidentin köməkçisi deyib ki, son iki ayda DOST mərkəzi 15 mindən çox vətəndaşa xidmət göstərib və məmnunluq səviyyəsi 93%-dən çoxdur. (Report)