Aparıcı bir müddət əlil arabası ilə gəzəcək

2 Avqust 2019 10:16 (UTC+04:00)

Daha öncə üç hamiləliyində uşağını itirən məşhur aparıcı Seren Serengil dördüncü dəfə hamilədir.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, süni mayalanma ilə hamilə qalan aparıcı həkim məsləhəti ilə 1.5 ay təkərli arabadan istifadə etməli olacaq.

Həkim Seren Serengilə stres yaradacaq şeylərdən uzaq durmaq məsləhətini edib.

O, Cengiz Semercioğlu ilə aparıcılıq etdiyi televiziya proqramının mövsüm açılışını da bir müddət təxirə salıb.

Səidə Vahid

AzNews.az