Avtomobilin içində qanunsuz radarlar- Bakıda

10 May 2013 10:51 (UTC+04:00)


Bakının mərkəzi küçələrinin birində qeyri-qanuni radar quraşdırılıb. Bu barədə Radarın fotolarını da redaksiyamıza göndərən oxucu bu fotonun ötən gün Yasamal rayonunda Abdulvahab Salamzadə küçəsi istiqamətində Nəqliyyat Nazirliyinə çatmamış yol kənarında dayanmış mülki maşından çəkildiyini qeyd edib:

"Göründüyü kimi içərisində Yol Radarı yerləşdirilib. "Yol hərəkəti haqqında qanunda" mülki avtomobillərdə radarların yerləşdirilməsi göstərilmir və mövcud qanunvericilikdə bu hal nəzərdə tutulmur. Demək bu qeyri-qanunidir və vətəndaşlara qarşı yardadılan süni maneədir. Bu fakt olduğu şəkildə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevə də göndərilcək". (qafqazinfo.az)

AzNews.az