DİN Kürdəmirdəki qətllə bağlı məlumat yaydı

10 May 2013 13:12 (UTC+04:00)


AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 9-na keçən gecə Kürdəmir rayonunda yaşayan, əvvəllər məhkum olunan Qeyrət Süleymanov ailə münaqişəsi zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruhiyyə Mahmudovanın qızı, 3 yaşlı Mələyi döyərək qətlə yetirib hadisə yerindən qaçıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Q. Süleymanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzNews.az