"90-60-90" ölçülərinə bu yarışmada fikir verilmədi - FOTO

5 Avqust 2019 17:45 (UTC+04:00)

19 yaşlı Thalia Olvino “2019 Venesuela gözəli” yraışmasında ən yüksək pilləyə qalxaraq 1-ci yeri qazanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 67 ildir keçirilən yarışmada ilk dəfə qadınların sinə, bel və ayaq ölçülərinə yer verilməyib.

Layihəni həyata keçirənlər “90-60-90” ölçüsünün bir gözəllik kriteriyası olmadığına qərar verib.

Beləliklə, çox uzun illərdir qadınlarda ideal vücud ölçüsü olaraq qəbul edilən və gözəllik yarışmalarının da ən böyük kriteryalarından biri olan 90-60-90 ölçüləri tarixə qarışıb.

Səidə Vahid

AzNews.az