Bakıda iki avtomobil toqquşdu: 2 ölü, 12 yaralı var - YENİLƏNİB

6 Avqust 2019 00:31 (UTC+04:00)

Suraxanıda ağır yol qəzası zamanı 9-u uşaq olmaqla, 14 nəfər yaralanıb, 1-i uşaq olmaqla, 2 nəfər ölüb.

Hövsan-Türkan yolunda 2 avtomobil toqquşub.

Qəza nəticəsində yaralılardan 1 nəfər hadisə yerində, digər sərnişin isə xəstəxanada dünyasını dəyişib.

“Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralılar:

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu;
1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı;
1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı;
1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı;
3 yaşlı Xudaverdiyev Kənan Əjdər oğlu;
5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı;
2 yaşlı Fərzizadə Rüqəyya;
12 yaşlı Fərzizadə Xeyrulla;
8 yaşlı Fərzizadə Hüseyn;
3 yaşlı Əsgərzadə Taleh;
7 yaşlı Əsgərzadə Nuray;
14 yaşlı İsrafilov Xəyal;
13 yaşlı Musayev Əli Laçın oğlu;
17 yaşlı Hidayət Bəhramov.

1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu hadisə yerindəcə dünyasını dəyişib. 13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

****

18.49

Bakıda ağır yol qəzası olub.

Hadisə Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 7, 14 və 5 yaşlı uşaqlar isə müxtəlif xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər. (APA)