Məşhur aktrisa Ərəbistan şahzadəsi ilə sevgilidir

6 Avqust 2019 12:48 (UTC+04:00)

Amerikalı aktrisa Lindsi Lohanın Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd Bin Salman ilə sevgili olması iddia edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə aktrisa ilə ilk dəfə “Formula 1” yarışmasında qarşılaşıb. Ona hədiyyə olaraq kredit kartı bağışlayıb. Bununla da, cütlük görüşməyə başlayıb və dostluq münasibətləri sevgiyə çevrilib.

Lindsi Lohanın meneceri sevgi şayiələrini təkzib edib. O, şahzadə Salman ilə Lohanın dost olduqlarını vurğulayıb. Bu haqda şahzadə Salman isə məlumat verməyib.

Rəqsanə

AzNews.az