Kəndin təssərrüfatı…

6 Avqust 2019 13:43 (UTC+04:00)

2019-cu il Azərbaycanda islahatlar ili oldu. Sosial islahatlar, Prezidentin bölgə səfərlərinin ardınca həm də siyasi komandada diqqətiçəkən kadroloji dəyişikliklər edlidi. Ən maraqlı dəyişikliklərdən biri, dövlətin ASAN xidmət layihəsinin başında duran, İnam Kərimovun kənd təsərrüfatı naziri postuna keçirilməsi oldu.

Bəs Prezidentin etimadı nə qədər özünü doğrultdu. İnam Kərimov dövlət tapşırıqlarının və fermerlərin, iş adamlarının son dərəcə narazı olduqları bu sahədə hansı işlər görə, nələrin edilməsinə dair yenidən sistem qurulması zərurəti olduğunu ortaya çıxara bildi. Bu barədə Prezident yanında altı ayın yekunlarına dair toplantıda maraqlı nüanslara toxundu. Ölkədə kənd təsərrüfatının inkişafını təmin etmək üçn prioritet istiqamətlər artıq bəllidir:

-Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi yüksək məhsuldarlığın əldə olunması üçün ciddi şərtlərdir

Bundan başqa son illərdə keçirilən davamlı və sistemli islahatlar nəticəsində aqrar məhsulların daxili bazar təminatı, ixrac həcmi artıb, kənd yerlərində məşğulluq və gəlir əldə etmək imkanları xeyli genişlənib.

-kənd təsərrüfatı məhsulları

-bitkiçilik məhsulları

-heyvandarlıq məhsulları

-meyvə və giləmeyvə

Istehsalı istiqamətində mühim irəliləyişlər olub.

Aqrar sahədə də inkişafın müsbət dinamikası nəzərə çarpmaqdadır. İnkişafın davamlılığını təmin etmək üçün, strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurmağa davam edir.

Maraq doğuran məqamlardan biri də fermerlərə xidmətlərin əlçatanlığının təmin edilməsi ilə balığıdır. Məmur-fermer(vətəndaş) münasibətlərini yaxınlaşdırmaq, problemlərlər daha dərindən maraqlanmaq, dövlət dəstəyi edilməsi üçün nazirliyin indiyəcən fəaliyyətdə olan rayon idarələrinin bazasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb. Yeni mərkəzlərin fəaliyyətə başlaması sayəsində keçmiş kənd təsərrüfatı idarələri inzibati strukturdan, xidmət qurumlarına çevriliblər. Bu qurumlar vasitəsilə dövlətin fermerlərin problemləri ilə daha yaxından tanış olmaq, operativ reaksiya vermək imkanları yaranıb. Onu da qeyd edək ki, mərkəzlərdə “vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə yetmişə yaxın xidmət göstərilir.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən dörd qurumun bazasında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentlik baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki nəzarət xidmətləri üzrə çevik və səmərəli idarəetməni təmin eymək istiqamətində iş aparır ki, bu istiqamətdə də dövlət başçısının mühim tapşırıqları var idi.

Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Belə ki, texnika və damazlıq heyvan alışına tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunub. Bu həm texnikanın, həm damazlıq heyvanların satış qiymətinin əsaslı ucuzlaşmasına gətirib. Fermerlərə subsidiyaların və güzəştli kreditlərin verilməsində şəffaflığı və çevikliyi təmin etmək, fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək,

-Aqrar Kredit və İnkişaf Agentliyi;

-Fermer Şuraları;

-Aqrar könüllülər hərəkatı

-Fermer Assosiasiyaları

yaradılıb. Habelə, fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün dövlət tapşırığına əsasən subsidiyaların verilməsinin yeni qaydaları layihəsi hazırlanıb.

-Fermerlərimizi qayğılandıran məsələlər;

-Kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması;

-Təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsi;

-Kiçik parsellərə bölünmüş torpaqların sistemləşdirilməsi;

-Şorlaşmış, şorakətləşmiş və əkinə yararsız torpaqların yararlı hala salınması;

-Müasir suvarmanın və təsərrüfatlararası yolların düzgün qurulması;

Işlərini əhatə edir.

Ölkə başçısının göstərişinə əsasən qarşıya qoyulan hədəflərdən biri Elektron Kənd Təsərrüfatı Sisteminin – EKTS-in yaradılması və istifadəyə verilməsidir. Bəs növbəti ildən işə salınması nəzərdə tutulan bu yeni sisemin hansı üstünlükləri olacaq:

-Dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək;

-Subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək;

–Fermerlərə öz əkinlərini bazarın tələbinə uyğun düzgün planlaşdırmağa kömək edəcək;

–Bazarda məhsullar üzrə tələb-təklifin düzgün proqnozlaşdırılmasını asanlaşdıracaq.

Yeri gəlmişkən, KTN-in məlumatına görə artıq yüz mindən çox fermer sistemdə qeydiyyatdan keçib.

Bundan başqa nazirlik kənd təsərrüfatı sahəsində yeni texnologiyalardan daha geniş istifadənin təmin olunması məqsədilə Aqrar elm və innovasiya mərkəzi formalaşdırıb. Yerli və xarici bazarlara çıxış üçün Aqrar Tədarük və Təchizat Şirkəti “Kənddən şəhərə” satış platforması yaradılıb. Taxılçılıq, pambıqçılıq, baramaçılığın inkişafı istiqamətində də işlər görülür.

Nə deyək, kənd də onun təsərrüfatı da həmişə şəhərin, mərkəzin, həm də dövlətin əsas sutunlarından biri olub. O üzdən dövlətin bu sahəyə xüsusi diqqət göstərməsi, seçilən kadrların məshz bu sahəyə yönəldilməsi istiqamətində apardığı işlər də dəstəklənməyə layiqdir.

Jalə Mütəllimova