Azərbaycanda qadın sahibkarlara şad xəbər

10 May 2013 14:47 (UTC+04:00)
Ailə, Qadın və Uşaq Komitəsi Azərbaycanda qadın sahibkarlara dövlət xətti ilə daha çox güzəştli kreditlərin verilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə "APA-Economics"ə komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

Onun sözlərinə görə, ölkədə qadın sahibkarlara verilən güzəştli kreditlərin həcmi o qədər də böyük deyil. Komitənin hesablamalarına görə, sahibkarlıqla məşğul olan qadınlar son 3 il ərzində ümumilikdə 10 mln. manat həcmində güzəştli kredit alıblar.

Komitə rəsmisi qeyd edib ki, qurum ölkədə verilən güzəştli kreditlərin 30%-nin sahibkar qadınlara ayrılmasını təklif edib.

AzNews.az