4 ayda yol qəzalarının qurbanı- 339 nəfər

10 May 2013 15:35 (UTC+04:00)


Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA- ya verdiyi məlumata görə, cari ilin ilk dörd ayında respublikanın avtomobil yollarında 904 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 339 nəfər ölüb, 983 nəfər isə yaralanıb.

K. Əliyev, həmçinin qeyd edib ki, sərxoş sürücülər bu ilin ilk dörd ayında 25 hadisə törədib. Nəticədə 14 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

K. Əliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövrü ərzində bu il Azərbaycanda baş verən yol qəzalarının statistika artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə , 20% yol-nəqliyyat hadisəsi, 56% ölüm, 16% yaralıların sayı artıb.

AzNews.az