İraq prezidentinin ölüm xəbəri yayıldı

10 May 2013 16:01 (UTC+04:00)


APA-nın məlumatına görə, jurnalist Cəlal Tələbaninin xanımı Hero İbrahim Əhmədin bir neçə gün əvvəl İrana gedərək prezident Mahmud Əhmədinejadla görüşdüyünü yazıb.

Onun iddiasına görə, səfərin məqsədi Cəlal Tələbaninin ölümü xəbərini İran prezidentinə çatdırmaq olub. Əhmədinejad Tələbani ailə ilə yaxın olduğuna görə, ailəsi ölüm xəbərini ilk olaraq onunla bölüşüb və Kürdüstan Yurdsevərlər Birliyi (KYB) daxilində hər hansı problem yaranmaması üçün ondan kömək istəyib. KYB prezidentin vəfat etməsi xəbərini təkzib etsələr də, artıq İraqda kürd dilində yayımlanan saytlar prezident Cəlal Tələbaninin öldüyünü, lakin rəsmi dairələrin bu xəbəri açıqlamağa tələsmədiyini yazırlar.


AzNews.az