Aktyor oğlunun hərəkətinə görə üzr istədi

7 Avqust 2019 17:19 (UTC+04:00)

Türk aktyoru Mehmet Aslantuğ və aktrisa Arzum Onanın oğulları Can Aslantuğ atasının sürdüyü maşında ayaqlarını pəncərədən çıxardaraq şəkil paylaşıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, izləyicilər Can Aslantuğa “Sizin ailənizi sevirik, amma bu davranış düzgün deyil. Atanız necə icazə verib" sözlərini yazıb.

Atası isə oğlunun əvəzinə "Zarafat məqsədi ilə boş ərazi yolunda, çox da sürət olmadan çəkdirmişdik. Yanlış anlaşıldısa, üzr istəyirəm" cavabını verib.

Səidə Vahid

AzNews.az