Təhsil Nazirliyindən Aznews.az-a verilən məlumata görə, peşə təhsili müəssisələrinə qəbul olmaq üçün elektron sənəd qəbulu avqustun 20-dək davam edəcək.
Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər.
Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.
Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.
Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub. (Trend)