Zərdabda zorlanan məktəbli qızın evinə basqın oldu-İLGİNC

10 May 2013 23:21 (UTC+04:00)



Zərdab rayonunun Alıcanlı kəndində zorlanan məktəbli qızın acınacaqlı taleyi artıq oxuculara tanışdı. AZNEWS.AZ bu qızın ailəsilə bağlı yeni informasiya əldə edib. Daxil olan məlumata görə, mayın 10-u axşam saatlarında qızın anası Könül İsmaylovanın evinə soyuq silahla hücum çəkilib. Uzun müddət Rusiyada yaşayan sakinlərdən biri K.İsmaylovanın yaşadığı fərdi yaşayış evinə girərək, ona təzyiqlər göstərib.
Kənd qadınların "təssübkeşi" qısmində çıxış edən bu şəxs ananın qarşısında şərt qoyub: "Əgər Respublika Prokurorluğundan şikayətinizi geri götürməsəniz sizi öldürəcəm". Əlacsız qalan ana "102" xidmətindən kömək istəməyə çalışsa da, kənd sakini buna mane olub.
Deyilənə görə, "təsübkeş" K.İsmayılovanın 16 yaşına çatmayan qızını zorlayan İ.İsmayılovun qohumlarındandır.
Məsələ ilə bağlı Zərdab Rayon Polis Şöbəsinin müstəntiqi Məsud Rəhimovla əlaqə saxladıq. Müstəntiq baş verənlərdən xəbərsiz olduğunu desə də, İ.İsmayolovun Rusiyadan gələn qohumunun belə bir hadisə törədə biləcəyini ehtimal etdi.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə isə K.İsmayılovanın təzyiqlə üzləşdiyini təsdiqlədi: "Könül mənə zəng etdi. Dedi ki, məni kənddə Rusiyadan gələn biri öldürür. Evimə girib qadına yaraşmayan sözlər işlədir. Deyir ki, buradan get. Adam sahibsiz olanda neyləməlidir? Mən kimə deyim? Kimdən kömək istəyim?"
Xatırladaq ki, Zərdabın Alıcanlı kəndində baş verən zorlama hadisəsi ilə bağlı cinayət işi hazırda Pespublika Prokurorluğunda araşdırılır.

Bahar Rüstəmli
AzNews.az