Türkiyədə silah anbarında partlayış - Təxliyyə başladı

9 Avqust 2019 10:19 (UTC+04:00)

Türkiyənin Hatay bölgəsinin Reyhanlı ilçəsində silah anbarında partlayış baş verib.

Partlayışdan sonra bölgədəki bəzi evlər təxliyyə edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində tələfat qeydə alınmayıb.

Partlayışdan sonra anbarın bir hissəsində yanğın başlayıb. (Axar.az)