Rəvan Qarayev haqqında biabırçı iddia: Qızının gözü qarşısında sevgilisi ilə ... VİDEO

9 Avqust 2019 11:12 (UTC+04:00)

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində şok məqamlar yaşanıb.

AzNews.az xəbər verir ki, verilişə zəng edən müğənni Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günay Rəhimova şok açıqlamalar verib.

O bildirib ki, Rəvan aylarla qızı Məryəm üçün aliment ödəmir və övladı ilə maraqlanmır:

"Halbuki o, dünən efirdə qızı ilə tez-tez görüşdüyünü söyləyib. Heç Məryəmi aylardır görmür. Qızım onun evinə gedəndə ciddi travma alıb qayıtdı. O, sevgilisi ilə bir evdə yaşayır. Həmin qızla övladımın gözü qarşısında qeyri-etik hərəkətlər edib. Uşaq çox pis olmuşdu. Rəvanın sevgilisi qızımı yataq otağından qovur, bizə xoşagəlməz mesajlar yazır".

Qeyd edək ki, Günay Rəhimova Rəvan Qarayevin ikinci həyat yoldaşı olub. Cütlük 5 illik ailə həyatından sonra boşanıb.

Aynur

AzNews.az