“Uber” rekord zərər gördü

9 Avqust 2019 11:54 (UTC+04:00)

“Uber” taksi xidməti 2019-cu maliyyə ilinin ikinci rübündə rekord itkilərə məruz qalıb.

AzNews.az bildirir ki, bu barədə şirkətin hesabatında yazılıb.

Məlumata əsasən, şirkətin verdiyi zərər ötən il eyni dövründə olan 878 milyon dollara qarşı 5,2 milyard dollara təşkil edib . Xidmətin mədaxili 14% artaraq 3,17 milyard dollara çatıb.

Maliyyə hesabatına əsasən, servis vasitəsilə bronlaşdırılan səfərlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb. Üç ay ərzində həyata keçirilən bütün səfərlərin ümumi dəyəri 15,7 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, “Uber” birinci rübdə də 1,01 mlrd. dollar məbləğində itkilərə məruz qalıb. Şirkətin gəliri isə təxminən, 3,1 mlrd. dollar təşkil edib.

Nigar Orucova

AzNews.az