Atəşkəs pozulub

11 May 2013 07:23 (UTC+04:00)


Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az