Suriyada türklərə hücum oldu - 2 hərbçi yaralandı

9 Avqust 2019 16:52 (UTC+04:00)

Suriyanın şimalındakı Afrin rayonunda Türkiyəyə məxsus hərbi hissəyə hücum edilib.

Hadisə nəticəsində iki türk hərbçisi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hücumu PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG terrorçuları törədib.

Hadisədən sonra Türkiyə ordusu bölgədə reydlərə başlayıb. (Trend)