Bakı-Balakən sərnişin qatarında yanğın

11 May 2013 07:48 (UTC+04:00)


AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 5 km aralı) "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarına (7 ədəd vaqon) qoşulmuş teplovozun mühərrikindən çıxan kabelin 1 p.m-i yanıb.

Teplovoz yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az