Kəlbəcər və Laçın sakinləri adından XİN-ə yazılı bəyanat təqdim edildi

9 Avqust 2019 17:23 (UTC+04:00)

Bu gün Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonlarından olan bir qrup məcburi köçkünlə Xarici İşlər Nazirliyində (XİN) görüş keçirilib.

Bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib.

“Hər 2 rayonun sakinləri adından Xarici İşlər Nazirliyinə yazılı bəyanat təqdim edilib.

Torpaqlarımızın azad olunması, köçkünlərimizin evlərinə qayıtmasının təmin edilməsi tələbi səsləndirildi!”, - L. Abdullayeva qeyd edib.