Çağla Şıkel üsyan etdi: “Ayrana 40 lirə verdim...“

10 Avqust 2019 10:50 (UTC+04:00)

Türkiyənin məşhur modeli Çağla Şıkel Bodrum tətilinə iş görüşməsi üçün bir günlük ara verib İstanbula gedib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağla Şıkel Bodrumun bahalığından danışıb:

"Adını demək istəmədiyim kafedə bir stəkan ayrana 40 lirə ödədim. Soyuq idi, amma içimi yandırdı!"

Səbəbini afisantdan soruşduğunu deyən Çağla bu cavabı alıb:

“Ərəb turistlər içki içmədiyi üçün alkaqolsuz içkilərin qiyməti qalxıb”

Model bu cavabdan şok olduğunu bildirib.

Səidə Vahid
AzNews.az