Zümrüd Bədəlova məşhurları başına yığıb ad gününü qeyd etdi - FOTOLAR

10 Avqust 2019 12:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Zümrüd Bədəlova ad günündə duyğusal anlar yaşayıb. O, "Mənə deyirlər ki, niyə ailə qurmamısan? Təksən. Çünki atam kimi insan qarşıma çıxmayıb" deyərək evlənməməsinin səbəbini açıqlayıb.

Qeyd edək ki, ad günündə müğənnilər Günay İbrahimli, Elnarə Xəlilova, Aysel Əlizadə, Ayan Babakişiyeva, aparıcılar Samir Bayramlı, Cavid Gül, Samirə Rəhimova, aktrisa Çimnaz Sultanova, aktyorlar Müşfiq Şahverdiyev, İslam Mehrəliyev və s. bir çox məşhurlar iştirak ediblər.

Rəqsanə
AzNews.az