Amerikalı milyarder həbsxanada intihar etdi

10 Avqust 2019 19:00 (UTC+04:00)

Azyaşlıların cinsi istismarında günahlandırılan milyarder Jeffri Epşteyn Manhetten həbsxanasında intihar edib.

"New York Times" qəzetinin verdiyi xəbərə görə, yerli hakimiyyət onun meyitinin şənbə günü, avqustun 10-da, yerli vaxtla təxminən 7:30 radələrində tapıldığını bildirib.

Bundan əvvəl - iyulun 25-də Epşteyni kameranın döşəməsində uzanmış halda görmüşdülər, məhkumun boynunda yara izlərləri vardı. Bir ehtimala görə, o, başqa bir həbs yerinə köçürülməsini tələb etmək üçün özünə xəsarət yetirmişdi. Başqa bir versiyaya görə isə, ona məhkum yoldaşı, dörd nəfərin ölümündə ittiham olunan keçmiş polis əməkdaşı Nikolas Tartalyone hücum edibmiş. Amma Taltalyone məsələyə heç bir aidiyyatının olmadığını bildirib.(oxu.az)

AzNews.az