Göyçayda baş bermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.
Bu barədə xəstəxanadan bildirilib.
Hadisə zamanı xəsarət alan 7 nəfər xəstəxanaya çatdırılsa da, onlardan biri yolda keçinib.
Yaralıların və ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Saat 21:04
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtoqəza rayonun Bığır kəndində qeydə alınıb.
Bildirilir ki, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb. (APA)