Kim Çen məndən üzr istədi - ABŞ prezidenti

10 Avqust 2019 23:37 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen raket sınaqlarına görə məndən üzr istəyib.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində qeyd edib. O, Şimali Koreya liderinin bu barədə ona ünvanlannmış məktubunda yazdığını bildirib:

“Kim mənə göndərdiyi məktubda gözəl bir şəkildə ABŞ-Cənubi Koreya hərbi təlimləri bitən kimi görüşmək və müzakirələrə başlamaq istədiyini bildirib”.

Tramp məktubun uzun olduğunu, həmkarının “axmaq və bahalı” hərbi təlimlərdən şikayətləndiyini deyib:

“Kimlə çox yaxında görüşəcəyimizə ümid edirəm. Nüvə silahlarının olmadığı Şimali Koreya dünyanın ən uğurlu ölkələrindən olacaq”.

Qeyd edək ki, Tramp ötən gün Şimali Koreya prezidentinin ona məktub göndərdiyini açıqlamışdı. (Axar.az)