Türklərlə fikir ayrılıqları olsa da, ortaq nöqtə var - Kipr prezidenti

10 Avqust 2019 22:26 (UTC+04:00)

Şimali Kipr lideri Mustafa Akıncı ilə qeyri-rəsmi görüşümüz müsbət məcrada keçdi, ciddi fikir ayrılıqlarına baxmayaraq danışıqlar üçün ortaq nöqtə var.

Bunu Kipr prezidenti Nikos Anastasiadis bildirib.

"Görüşümüz müzakirələrin yenidən başlaması baxımından yaradıcı və səmimi idi. Məqsəd Kipr problemi ilə bağlı danışıqları canlandırmaq üçün şərtləri uyğunlaşdırma istiqamətində necə irəli addım atacağımıza baxmaq lazımdır", - Anastasiadis qeyd edib.