Daha bir məşhur narkotikdən öldü

12 Avqust 2019 16:05 (UTC+04:00)

Məşhur DJ və “Playboy” jurnalının ulduzu Janna Rasskazova 29 yaşında dünyasını dəyişib.

Məlumata əsasən, ötən gecə Janna özünü pis hiss edib və huşunu itirib. Kömək üçün təcili tibbi yardım çağırılsa da, J.Rasskazovanı xilas etmək mümkün olmayıb.

Modelin ölümünə səbəb kimi qəbul etdiyi narkotik maddənin dozadan artıq olduğu göstərilir.

Musiqidən savayı, J.Rasskazova sörfinq və dəblə maraqlanırdı. Bir neçə il öncə isə “Playboy”un rus versiyasına görə “Ayın qızı” seçilmişdi.(oxu.az)

AzNews.az