Toya gələn 42 nəfər xəstəxanalıq oldu

12 Avqust 2019 19:45 (UTC+04:00)

Moldovanın paytaxtı Kişineu şəhərində toy şənliyində kütləvi zəhərlənmə baş verib.

Toyda qidadan 42 nəfər zəhərlənib. Zəhərlənənlər 17-58 yaş arasındakı şəxslərdir.

Onlar xəstəxanaya yerləşdirilib.

Toy mərasiminin keçirildiyi restoran bağlanıb, araşdırma aparılır.(AZƏRTAC)

AzNews.az