Polis “Porsche” ilə sürət həddini aşanları cərimələdi

12 Avqust 2019 20:57 (UTC+04:00)

Fransa jandarmaları beş "Porsche" avtomobili ilə yüksək sürətlə sürən xarici turistləri cərimələyiblər.

Onlar jandarmalar tərəfindən 750 avro məbləğində cərimələniblər və sürücülük vəsiqələrindən məhrum ediliblər.

Qayda pozucularının milliyyəti barədə məlumat verilməyib. Lakin "BFMTV" telekanalı bildirib ki, söhbət 27-37 yaş arası koreyalı turistlərdən gedir.

Turistləri tutan polislər "Renault Megane RS" markalı avtomobili idarə ediblər.(trend.az)

AzNews.az