Türkiyədə zəlzələ oldu

12 Avqust 2019 21:33 (UTC+04:00)

Türkiyənin Diyarbakır vilayətinin Hazro rayonunda Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib.

Türkiyə vaxtı ilə saat 16:34-də baş verən yeraltı təkan 6,41 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.(AZƏRTAC)

AzNews.az