Tramp Boris Consona zəng etdi

12 Avqust 2019 22:08 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət rəsmiləri iki ölkə arasındakı ticarət əlaqələrini və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ağ Evdən bildirilib ki, Tramp qlobal problemlərin həllində sabit əməkdaşlığa görə Britaniyaya minnətdarlığını ifadə edib.

O, həmçinin yaxın gələcəkdə hər iki liderin görüşünə müvəffəq olacağına ümidi etdiyini vurğulayıb.

Böyük Britaniyanın yeni baş naziri Boris Conson daha əvvəl bir zamanlar nəqliyyat nazirinin müavini işləmiş kiçik qardaşı Co Consonu Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.(report.az)

AzNews.az