Sabirabadda dörd yaşlı uşaq yanaraq öldü

12 Avqust 2019 23:16 (UTC+04:00)

Sabirabadda azyaşlı uşaq yanaraq ölüb.

Hadisə rayonun Yaxa Dəllək kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 2015-ci il təvəllüdlü Həsənova Yağmur Şamil qızı valideynlərinin gözündən yayınaraq, qamışdan çəkilmiş çəpərə yaxınlaşıb və oradan ot bağlamalarının altına girib. Bu zaman yanğın baş verib. Azyaşlı qız yanğın zamanı yanaraq dünyasını dəyişib.

İlkin versiya kimi, ot tayasını azyaşlının yandırdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

AzNews.az