Bir qrup şəxs sakinlərə hücum etdi - İrəvanda

13 Avqust 2019 09:36 (UTC+04:00)

İrəvanda kütləvi dava olub.

Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Malatiya rayonunda baş verib. Rayonun polis bölməsinə müraciət edən sakin bir neçə nəfərin avtomobillərini onların evlərinin yanında saxladığını və vətəndaşlara qarşı nalayiq hərəkətlər etdiyini bildirib. Polisin apardığı araşdırma zamanı məlum olub ki, 4 nəfərdən ibarət qrup üzvləri Şaumyan küçəsindəki evin sahibi, onun həyat yoldaşı və oğlu ilə mübahisə edərək ictimai asayişi pozublar. O da məlum olub ki, polisə müraciət etmiş qadın evb sahibinin qızıdır. O, qarşı tərəfi qorxutmaq üçün qaz tapançasından atəş açıb. Hadisə zamanı istifadə edilmiş silah polisə təhvil verilib.

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib. (Report)