ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Ekspert

13 Avqust 2019 11:31 (UTC+04:00)

ABŞ Türkiyəyə təzyiq göstərməyə davam edərsə, sifarişləri də itirə bilər.

Bu açıqlama ilə Bolqarıstanın iqtisadi eksperti Stanislav Baçev çıxış edib.

Türkiyənin inkişaf proqramından danışan bolqar ekspert bunları deyib:

"Ardıcıllıq və davamlılıq yalnız tarixlərini xatırlamaqla qalmayıb, eyni zamanda dərs çıxaran güclü dövlətlərə xas xüsusiyyətlərdir. Ankara şərtlərini diktə edəcək səviyyəyə çatıb. Türkiyənin çox sayda sərnişin təyyarəsi, eləcə də sifarişləri var, əgər ABŞ təzyiqi davam etdirsə, bu sifarişlərindən də ola bilər". (Axar.az)