Məktəbliləri daşıyan avtobus çaya düşdü: 49 nəfər xəsarət aldı - Hindistanda

13 Avqust 2019 12:00 (UTC+04:00)

Hindistanın Maxaraştra ştatının Palqxar əyalətində məktəbliləri daşıyan avtobus çaya düşüb.

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, hadisə bu gün səhər, Mumbainin 100 kilometrliyində baş verib. Qəza nəticəsində 49-dan çox məktəbli xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. (APA)