Azərbaycan tankçıları Beynəlxalq Ordu Oyunlarının finalına vəsiqə qazandı

13 Avqust 2019 13:17 (UTC+04:00)

Rusiyada keçirilən V Beynəlxalq Ordu Oyunlarının "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan komandası finala vəsiqə qazanıb.

"Tank biatlonu" müsabiqəsinin finalına Azərbaycan tankçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan tankçıları da vəsiqə qazanıblar.

Qeyd edək ki, bu müsabiqənin final mərhələsi avqustun 17-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutacaq. Həmin gün həm də Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçiriləcək. (APA)