Türkiyənin Mərmərə adasında yanğın - Sakinlər təxliyə olundu

13 Avqust 2019 13:40 (UTC+04:00)

Türkiyənin Mərmərə dənizindəki eyniadlı adasında güclü yanğınlarla əlaqədar əhalinin bir hissəsi təxliyə olunub.

Yanğın nəticəsində 3 ev yanıb.

Ümumilikdə 80 evin sakinləri təxliyə olunub. Hazırda yanğınların qarşısının alınması üçün bölgəyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. (Trend)