Metroda məktəb ləvazimatları satılacaq

13 Avqust 2019 18:04 (UTC+04:00)

Satışlar 3 stansiyada olacaq və avqustun 15-dən sentyabrın 15-dək davam edəcək.

Bu müddət ərzində məktəb ləvazimatları 60 faiz endirimlə satılacaq.

Metro stansiyalarında dəftər, gündəliklər, qələm, karandaş, qələm qabları, eləcə də çantalar və yemək qabları satılacaq. (Trend)