Bakıda zəncirvari qəza baş verib, yeddi maşın toqquşub

13 Avqust 2019 21:21 (UTC+04:00)

Hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.

Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. (Report)