Yaponiyaya yeni qasırğa yaxınlaşır

13 Avqust 2019 21:51 (UTC+04:00)

Hazırda Taneqasima adalarından 500 kilometr məsafədə olan qasırğanın avqustun 15-də Yaponiyanın iri adalarına çatacağı gözlənilir.

Sinoptiklər qasırğanın leysan yağışlarla müşayiət olunacağını bildirib. Yaxın günlərdə qasırğanın tüğyan edəcəyi bölgələrdə 1000 millimetrədək yağıntının düşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə Yaponiyanın cənub-qərbindən “Lekima” qasırğası keçib. Təbiət hadisəsi ilə əlaqədar onlarla aviareys təxirə salınıb. (Trend)