"Qarabağ" Peşəkar Futbol Liqasına müraciət edəcək

13 Avqust 2019 23:22 (UTC+04:00)

Bu barədə Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

O, görüşün bir gün sonraya keçirilməsini xahiş edəcəklərini diqqətə çatdırıb.

Qurbanov bunu avqustun 22-də nəzərdə tutulan Avropa Liqasının ilk pley-off matçına hazırlıq üçün daha çox vaxt qazanmaq istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, "Qarabağ"ın istəyi müsbət cavablandırılsa, çempionat avqustun 16-da yox, 17-də başlayacaq. (Report)